3 addımla biznesinizi böyüdün! | Banco.az

3 addımla biznesinizi böyüdün!

Böyük düşüncələr hər zaman böyük nailiyyətləri gətirir. İnsanlarda olduğu kimi, bizneslərdə də düşüncələr reallıqları doğurur. Biznes strategiyası çox vacibdir. Hara gedəcəyinin xəritəsi əlində hazır olmalıdır. Nəyi necə edəcəyinizi əvvəlcədən bilməniz lazımdır ki, arzuolunmaz dəyişikliklər planları pozmasın. Əgər bir Apple və ya bir Amazon şirkətiniz yoxdursa, bu o demək deyil ki, heç vaxt olmayacaq. Əgər biznesiniz kiçik biznesdirsə, bu o demək deyil ki, kiçik addımlarla irəliləməlisiniz...

Sizinlə kiçik biznesinizi necə böyüdə biləcəyinizi sadəcə 3 addımda bölüşürük:

Aydın Təsəvvür

Bir şirkət niyə var olduğunu, kimə və nə üçün xidmət etdiyini bilirsə, bu şirkətin böyüməsi və inkişafı qaçılmazdır. Suallar hər zaman psixoloji təsirə malikdir. Suallar cavabları doğurur. Məntiqi olaraq, doğru sualları soruşmaqla siz istənilən problemi həll edəcəksiniz. Bütün məqsədlər aydın olmalıdır. Yaxşı, gözəl, möhtəşəm deyil, detallı və dəqiq, ölçüləbilən olmalıdır. Yalnız bu halda inkişafı əldə edəcəksiniz. Bacardığınız  qədər konkret və səlis olun. Hər kəsin anlayacağı dildən danışın ki, işi hər kəslə birlikdə görəcəksiniz.

Strateji Plan

Əgər işə plansız girirsinizsə, əmin olun artıq uduzmusunuz. Planlaşdırılmama uğursuzluğun planlaşdırılmasıdır deyirəm və susuram. Böyük şirkətlər böyük proyektlərdən, kiçik əməliyyatlara hər şeyi ən xırda detalına qədər planlaşdırır. Strateji planlaşdırma şirkətin olmaq istədiyi yerlə bu günü arasındakı körpüdür. Nə qədər düzgün planlaşdırmanız sizə möhkəm addımlarla irəliləmənizə yardım edəcək. Strateji planın tərkibində xırda məqsədlər, taktikalar, hər kəsin görəcəyi iş dəqiq şəkildə qeyd olunduğu üçün proseslərdəki riski nəzərəçarpan səviyyədə azaldır. Əgər işin dava-dalaşsız bitməsini istəyirsinizsə, planlamaq, planlamaq və, yenə də, planlamaq!

Ən sərfəli kredit üçün müraciət et

Ekspert məsləhəti

Kiçik bizneslər qurulan zaman sahibkarlar ucuz və asan işçi qüvvəsinə qaçır. Lakin unutmaq olmaz ki, böyük biznesləri böyüdən ekspertlərdir. Kiçik addımlarda ekspert fikirləri o qədər də kritik olmaya bilər. Bir halda ki, böyüməyə qərar vermisiniz, risklərin idarə olunması üçün və minimallaşdırılması üçün peşəkarlara üz tutmalısınız. Hətta şirkət böyüdükcə ekspertlərə olan ehtiyyac da hava-su misalına çevrilir. Bu səbəbdən də dünyanın ən prestijli şirkətləri çalışanlarının təhsilinə və şəxsi inkişafına milyonlarla yatırım edir. Hər şey şirkət dəyərləri üçündür.

Hər şey sadəcə üç addımdan ibarətdir. Təsəvvürlə başlayan möcüzələr, planlaşdırma ilə mükəmməlləşdirilir və ekspert addımları ilə tamamlanır.

Sevinc Hüseynova, banco.az