Kibercinayətkarlar tərəfindən Pushdo virusu vasitəsilə edilən hücum 24 saata 11 min kompyuterin yoluxmasına səbəb olub. Hücumdan Böyük Britaniya, Fransa və ABŞ sistemləri ilə yanaşı, Hindistan istifadəçilərinin fərdi kompüterləri daha çox zərər çəkib. Bu barədə Bitdefender şirkətinin mütəxəssisləri bildirib.
Rumıniya şirkətinin mütəxəssislərinin sözlərinə görə, Böyük Britaniyada son 24 saat ərzində 77 kompyuter, dünyada isə 11 min sistem yoluxdurulub. Virusdan zərər çəkən digər ölkələr sırasına Vyetnam və Türkiyə daxildir.
Yoluxmanın ümumi sayına görə siyahıda lider Asiya ölkələri – Hindistan və Vyetnamdır. Bütün yoluxmaların 10 faizi bu ölkə istifadəçilərinin kompyuterlərinin payına düşür. Yoluxma hallarında ABŞ-ın payı 5 faiz təşkil edir.
Pushdo virusundan ZeuS və SpyEye kimi zərərli proqram təminatının ikinci dərəcəli ştammların yayılması üçün istifadə olunub. Lakin əvvəllər ondan spamın yayılması üçün istifadə edilib. Spamın göndərilməsi müdaxilə edilmiş fərdi kompüterlərdə tez-tez quraşdırılan Cutwail şəbəkəsi vasitəsilə həyata keçirilir.
Təhlükəsizlik üzrə mütəxəssislər Pushdonun mərkəzləşdirilmiş serverləri (S&S) üzərində nəzarəti dörd dəfə ələ keçirsələr də, cinayətkarlar bu zərərli proqram təminatı ilə istifadəçilərin kompyuterlərini yoluxdurmaqda davam edirlər.
Mənbə: milli.az