2024-cü ildə manatın məzənnəsi necə dəyişəcək? | Banco.az

2024-cü ildə manatın məzənnəsi necə dəyişəcək?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Mərkəzi Bankın "2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı"na görə, son 2 iclasda isə faiz dərəcələrinin azaldılmasına başlanıb. Hazırda faiz dəhlizinin yuxarı həddi 9%, uçot dərəcəsi 8%, faiz dəhlizinin aşağı həddi 6.5% təşkil edir. Pul siyasətinin yumşaldılmasına başlanılması həm də mövcud məzənnə rejimi çərçivəsində manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin yumşaldılmasına xidmət edir.

Banco.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov Mərkəzi Bankın hesabatə əsasında gələn il manatın məzənnəsinin necə dəyişəcəyini şərh edib:

"Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanat verib. Sənədinin təhlili göstərir ki, gələn ildə də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.

Digər tərəfdən, Mərkəzi Bank manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağını proqnozlaşdırır. İnflyasiya proseslərlərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq Mərkəzi Bank 2024-ci ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək". 

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, sənəddən göründüyü kimi, gələn ildə də neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq: "Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edə bilər. Bu isə o deməkdir ki, gələn il manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq". 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram