Müəllif - Aida İsaq, Banco.az
“Forbes” jurnalı ötən ilin ən çox qazanan idmançılarının adını açıqlayıb.
Banco.az xəbər verir ki, sevilən futbolçu Lionel Messi siyahıya liderlik edir. Futbolçu 2022-ci ildə “PSJ”dən aldığı maaş və sponsor gəlirləri sayəsində ümumilikdə 130 milyon dollar qazanıb.
İkinci yeri “LA Lakers”ın superulduzu LeBron Ceyms tutub. NBA karyerasının sonuna yaxınlaşan 38 yaşlı Ceyms 2022-ci ildə 121,1 milyon dollar qazanıb.
Bu il karyerasının ən pis dövrünü keçirən portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo 3-cü yerdə qərarlaşıb. 37 yaşlı hücumçu 2022-ci ildə ümumilikdə 115 milyon dollar qazanıb. Yeni karyerası üçün Səudiyyə Ərəbistanına gedən Ronaldonun gələn il bu siyahıda lider olacağı gözlənilir.
Siyahıda 4-cü yeri Messinin “PSJ”dən olan komanda yoldaşı Neymar tutub. 30 yaşlı braziliyalı oyunçu 2022-ci ildə ümumilikdə 95 milyon dollar qazanıb.
“Golden State Warriors”da çıxış edən Stiven Karri ümumilikdə 92,8 milyon dollar gəlirlə siyahıda 5-ci yerdə qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!