2016-cı ilin ən güclü 5 bankı | Banco.az

2016-cı ilin ən güclü 5 bankı

Artıq 2016-ci ili başa vurduq. Ölkəmizdə iqtisadi vəziyyətin gərgin olduğu bu illərdə sağlam olaraq ili tamamlayan banklar arasında ən güclü beşliyi təyin etməyə çalışdıq. Bunun üçün 2016-cı ilin 4-cü, yəni son rübünün nəticələrinə müraciət etdik. 

Qeyd: "5 Güclü Bank" 2016-cı ilin 4-cü rübü üzrə maliyyə göstəricilərini açıqlamış banklar arasından seçilmişdir.

2016-cı ilin dördüncü rübündə aktivlərinin həcminə görə ən güclü 5 Bank

**Şəkillərə daha rahat baxa bilmək üçün üzərinə klikləyin.

Bank aktivlərinin ümumi həcmində "Beynəlxalq Bank" 12 mlrd 224 milyon manatlıq xüsusi çəkiyə malikdir. Bununla yanaşı, aktivlərin ümumi həcmində ən yüksək göstəriciyə malik növbəti dörd banka "Paşa Bank" (3.18 mlrd. manat), "Kapital Bank" (3.09 mlrd. manat), "Xalq Bank" (1.66 mln. manat) və "Bank Respublika" (912 mln. manat) daxildir. 

Həmçinin bax: Aktivlərinin həcminə görə bankların ümumi reytinqi 

2016-cı ilin dördüncü rübündə kredit portfelinin həcminə görə ən güclü 5 Bank

Ən sərfəli kredit üçün müraciət et

2016-cı ilin dördüncü rübü ərzində "Beynəlxalq Bankı" müştərilərə 5.03 mlrd. manat , "Xalq Bank" 1.27 mlrd. manat. , "Kapital Bank" 1.26 mlrd. manat , "Paşa Bank" 870 mln. manat , "Unibank" isə 426 mln. manat kredit vermişdir.

Həmçinin bax: Kredit portfelinin həcminə görə bankların ümumi reytinqi 

2016-cı ilin dördüncü rübündə depozitlərinin həcminə görə ən güclü 5 Bank

Öhdəliklərin mühüm hissəsi olan depozitlər üzrə ilk beşliyə liderlik edən bank yenə də "Beynəlxalq Bank"dır.  Bankın depozit portfeli 6.01 mlrd. manat təşkil edir.

Beşliyə daxil olan digər 4 bank -  "Kapital Bank" 1,9 mlrd. manat , "Paşa Bank" 1,4 mlrd. manat , "Xalq Bank" 1.09 mlrd. manat, "Bank Respublika" isə 552 mln. manat cəlb edə bilmişdir. 

Həmçinin bax: Depozit portfelinin həcminə görə bankların ümumi reytinqi