2015-ci ildə də böhran olacaq? | Banco.az

2015-ci ildə də böhran olacaq?

Dünya bir il içində yeni qlobal böhranla qarşı-qarşıya qala bilər. Məşhur Fransız iqtisadçısı Jacques Attali, qələmə aldığı "Sonrakı böhran: 2015-ci ildədi?" başlıqlı məqaləsində son 25 il ərzində, hər yeddi ildən bir qlobal bazarlarda böhran yaşandığını bildirdi. Attali dünyanın növbəti yeddi ilin sonuna yaxınlaşdığını bildirdi. Böhran yaşansa faizlər qalxacaq və bu böhranın əvvəlkilərdən də pis olacağını söyləyən Attali, böhranın Avropa üçün çətin olacağını bildirdi.

Ən sərfəli kredit üçün müraciət et

Attali, böhranın təsirlərini azaltmaq üçün alınacaq tədbirləri isə belə sıraladı: "Avronun dollara qarşı dəyərini azaltmaq, geniş diametrli sosial layihələri ilə investisiyaları dəstəkləmək, Avropada struktur islahatları sürətləndirmək və sülh üçün səy sərf etmək."