1,5 milyard işsiz var | Banco.az

1,5 milyard işsiz var

Dünya Əmək Təşkilatı (ILO) məşğulluq bazarı hesabatını yayımladı. Hesabata görə dünya miqyasında 1,5 milyard insan müntəzəm iş müqaviləsi və sosial sığortası olmadan çalışır. Əmək bazarı hesabatına görə gündə 2 dollardan daha aşağı qiymətə işləyənlərin sayı isə 839 milyondur.

Bu təəccüblü rəqəmlərə qarşı hesabatda, inkişaf etməkdə olan ölkələrin geridə qalan 30 il üçün iqtisadi baxımdan yaxşılaşma yaşadığı ifadə edilir. Buna görə də 1980-2011-ci illər arasında inkişaf etməkdə olan ölkələrdə adam başına düşən milli gəlir 3,3% artdı. İnkişaf etmiş ölkələrdə isə artım nisbəti 1,8%-dir.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı daha yaxşı ödəniş və iş şəraiti tapmaq ümidi ilə inkişaf etməkdə olan ölkələrdən sənaye ölkələrinə köç edən insanların sayı hələ də yüksəlir. Dünyadakı immiqrant işçi sayının 2000-ci ildən bu yana 57 milyon artdığı, 2013-cü ilin sonu etibarilə 231 milyona çatdığı bildirilir.

Günel Abduraxmanova / Banco.az