AccessBank
Ticarətin maliyyələşdirilməsi üzrə baş mütəxəssis
Vakansiya haqqında məlumat:
“AccessBank” Ticarətin maliyyələşdirilməsi üzrə baş mütəxəssis vakansiyası üzrə işçi axtarır.
Öhdəliklər:
- Ticarətin maliyyələşdirilməsi üzrə alətlərə maraq göstərən potensial müştərilərin cəlb edilməsi;
- Potensial müştərilərin ticarətin maliyyələşdirilməsi üzrə hansı alətlərə tələbatlarının olmasını müəyyənləşdirmək;
- Ticarətin maliyyələşdirilməsi üzrə prosedurların, müqavilələrin və həmçinin digər işlək sənədlərin hazırlanması, razılaşdırılması və eyni zamanda təsdiqlənmək üçün təqdim edilməsi;
- Ticarətin maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
- İxrac və idxal akkreditivləri, zəmanətləri üzrə beynəlxalq bank əməliyyatlarının keçirilməsini təmin etmək;
- Ticarətin maliyyələşdirilməsi üzrə alətlərin təqdim olunması və zamanında bağlanması üzrə nəzarətin həyata keçirilməsi;
- Ticarət maliyyələşdirilməsi üzrə bazarın və müştəri bazasının analiz edilməsi;
- Əməliyyatlar üzrə dövrü və operativ hesabatların və təqdimatların hazırlanması;
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi;
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Yüksək analitik qabiliyyət;
- Yüksək kommunikasiya bacarıqları;
- Biznes bankçılığı məhsulları və biznesin maliyyə analizi (biznesin maliyyələşmələri, beynəlxalq tranzaksiyalar üzrə biliklər) üzrə təcrübə;
- Azərbaycan, rus və ingilis dillərini bilmək;
Maraqlanan namizədlər CV-lərini 08.03.2020 tarixinədək [email protected] elektron poçtuna göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.