Maliyyə menecmenti departamentinin Strategiya şöbəsinin kiçik mütəxəssisi | Banco.az
Kapital Bank

Maliyyə menecmenti departamentinin Strategiya şöbəsinin kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Öhdəliklər

- Strateji qərarlar vermək üçün bazar tendensiyalarını, rəqibləri və müştəri davranışlarını təhlil etmək;

- Strateji təşəbbüslərin maliyyə mümkünlüyünü qiymətləndirmək üçün maliyyə modelləri yaratmaq : müxtəlif strategiyaların potensial nəticələrini qiymətləndirmək üçün ssenari təhlili aparmaq;

- Yaranan imkanları və təhlükələri müəyyən etmək üçün hərtərəfli bazar araşdırması aparmaq;

- Tənzimləyici dəyişikliklərin bankın strategiyasına potensial təsirini təhlil etmək və qiymətləndirmək;

- Mövcud bank məhsullarının, xidmətlərinin və biznes sahələrinin fəaliyyətini qiymətləndirmək , təkmilləşdirmə və inkişaf sahələrini müəyyənləşdirib, strateji düzəlişlər tövsiyə etmək;

- Rəhbərliyə və əsas maraqlı tərəflərə strateji tövsiyələr hazırlamaq və təqdim etmək: nəticələri çatdırmaq üçün hesabatlar və təqdimatlar yaratmaq.

Tələblər

-  İqtisadi, maliyyə və ya idarəetmə sahəsində ali təhsil;

- Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;

- Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;

- Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri (SQL arzuolunandır);

- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (CFA arzuolunandır);

- Yüksək analitik qabiliyyət;

- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyət.

 

Müraciət etmək üçün daxil olun