Kollektor / İcra mütəxəssisi (Ağdaş, Gəncə, Qax, İsmayıllı, Göyçay) | Banco.az
KredArqo

Kollektor / İcra mütəxəssisi (Ağdaş, Gəncə, Qax, İsmayıllı, Göyçay)

Vakansiya haqqında məlumat: 

Vəzifə: Kollektor / İcra mütəxəssisi (Ağdaş, Gəncə, Qax, İsmayıllı, Göyçay)

Əsas vəzifə və öhdəliklər:

• Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
• Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
• Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil; 
• Bank və yaxud qeyri bank sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
• Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi; 
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Riyaziyyat, iqtisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər;
• Etibarlı sürücülük vəsiqəsi;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; 
• Müştərilərlə davranış etikası.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.