Kart fəaliyyətinə dəstək şöbəsinin kiçik mütəxəssisi | Banco.az
Kapital Bank

Kart fəaliyyətinə dəstək şöbəsinin kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Korporativ biznesə dəstək departamentinin Kart fəaliyyətinə dəstək şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Gündəlik olaraq aparılan əməliyyatlarla bağlı birbaşa rəhbərə təqdim etmək üçün hesabatlar hazırlayır.
  • Əmək müqaviləsi,departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
  • Plastik kartların çapı və dəstəyi şöbəsinin yeni kart sifarişləri fayllarını paket şəkilində formalaşdırılması və çap sahəsinə ötürülməsini təmin edir.
  • Korporativ müştərilərə Plastik kartlarla bağlı səyyar xidmət üzrə işin təşkili, kartların çatdırılması, nəzarəti və təşkilatlara təhvili prosesini həyata keçirir.
  • Sifariş olunmuş plastik kart (əmək haqqı və sosial lahiyələr ilə bağlı ) dəyərlərinin müvafiq kart əməliyyat sistemində yaradılması və gəlirə tanınması prosesini icra edir.
  • Müştərilər üçün Bankda aparılan layihələr çərçivəsində yeni funksiyaların tətbiq olunması və yoxlanılması məqsədilə test kartları (əmək haqqı və sosial lahiyələr ilə bağlı) yaradır.
  • Sosial lahiyələr üzrə kart fəaliyyəti ilə bağlı işin təşkili və kordinasiyasını həyata keçirir.
  • Əmək haqqı (təqaüd, müavinat) ilə bağlı kartlara mədaxil üzrə xidmət haqlarında yaranmış fərqləri aradan qaldırır.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Vətəndaş qüsursuzluğuna malik olma.
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • MS Office proqramları üzrə biliklər (Excel bilikləri) ;
  • Dil bilikləri: ingilis dili –yaxşı, rus dili - arzuolunandır.
  • Gərgin iş qrafikində işləmək bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək  və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram