Hüquq departamentinə Təcrübəçi (Bakı və regionlar)
AzərKredit universitet tələbələrinə və məzunlara təşkilatın Bakı, Şabran, Gəncə, Göyçay, Mingəçevir, Saatlı, Biləsuvar, Cəlilabad, Beyləqan, Ağcabədi, Goranboy, Tərtər, Tovuz, Şəmkir ofislərində Hüquq şöbəsində təcrübə keçmə imkanı təklif edir:
Təcrübə proqramı bir aydan üç aya qədər müddətə davam edəcəkdir.
Təcrbüəçinin iş yeri yaşadığı ünvana müvafiq olaraq yuxarıda qeyd edilmiş filial ofislərindən biri olacaq.
Nəzərinizə çatdırırıq ki, təcrübə keçmə ödənişsizdir.
Tələblər:
• Universiteti yeni bitirmiş məzunlar, eləcə də 3-cü və ya 4-cü kurs tələbələri;
• Azərbaycan dilini (həm yazılı, həm də şifahi) yüksək səviyyədə bilməlidir;
• Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
• Müraciət etdiyi departamentin işini və işi ilə bağlı mövzuları anlamalıdır;
• Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
• Yüksək səviyyəli ünsiyyət bacarıqları olmalıdır;
• Komandada işləmək və həmkarları ilə mehriban münasibətlər qurmağı bacarmalıdır.
Namizədlər AzərKredit anket formasını dolduraraq bu email ünvanına: [email protected] (xahiş edirik, email məktubunun Mövzu sətrində “intern” sözünü qeyd edin), və ya Faks nömrəsinə: +99412 597 30 39 göndərməli və ya çap variantını 30 İyun 2017-ci il tarixədək AzərKredit filiallarına təqdim etməlidir.
AzərKredit anket formasını http://azercredit.az/en/career/how_to_apply internet səhifəsindən yükləmək və ya AzərKredit təşkilatının baş ofisi yaxud filiallarına müraciət edərək əldə etmək olar.
Xahiş edirik müraciət etdiyiniz filialın adını dəqiq qeyd edin. Əks təqdirdə, sizin namizədliyiniz qəbul edilməyəcəkdir.
Nəzərə alın ki, yalnız seçilmiş namizədlər qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqdır.