“Gənclik-1” şöbəsi, Nəzarət şöbəsinin Baş mütəxəssisi / Aparıcı mütəxəssisi / Mütəxəssisi / Kiçik mütəxəssisi | Banco.az
Bank BTB

“Gənclik-1” şöbəsi, Nəzarət şöbəsinin Baş mütəxəssisi / Aparıcı mütəxəssisi / Mütəxəssisi / Kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC, “Gənclik-1” şöbəsi, Nəzarət şöbəsinin Baş mütəxəssisi / Aparıcı mütəxəssisi / Mütəxəssisi / Kiçik mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

“Gənclik-1” şöbəsi, Nəzarət şöbəsinin Baş mütəxəssisi / Aparıcı mütəxəssisi / Mütəxəssisi / Kiçik mütəxəssisi

 İş barədə məlumat:

  • Müştərilərlə aparılan bütün növ hesablaşma-kassa əməliyyatlarının düzgün aparılmasına    nəzarəti həyata keçirir, onları yoxlayır və səlahiyyətləri çərçivəsində avtorizasiya edir;
  • Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaların mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət edir;
  • Əməliyyatlara nəzarət edərkən hər hansı bir nöqsan, çatışmazlıq müəyyən edilərsə, əməliyyatın icrasını dayandırır və sənədləri icraçıya qaytarır;
  • Müştərilərin hesablarına qoyulmuş inkasso sərəncamlarının, vergi, gömrük orqanları və DSMF tərəfindən qoyulmuş sərəncamların uçotunu aparır və onların icrasına nəzarət edir;
  • Köçürmə əməliyyatları üzrə məlumatları yoxlayır və səlahiyyətləri çərçivəsində avtorizasiya edir;
  • Filialın gündəlik kassa sənədlərinə nəzarət edir; Müştəri xidmətləri şöbəsi tərəfindən müştərilərə hesabların düzgün açılmasına nəzarəti həyata keçirir və səlahiyyətləri çərçivəsində avtorizasiya edir;
  • Ödəniş kartların hazırlanması ilə bağlı müştəri xidməti şöbəsindən daxil olmuş sifarişləri Bankın Baş ofisinə ötürür və onların hazırlanması və filiala çatdırılması proseslərini izləyir;
  • Verilmiş kreditlərin təminatları ilə bağlı, o cümlədən həyat sığortası ilə bağlı sığorta  müqavilələrinin  müddətlərinə  nəzarət  edir və bu barədə bankdaxili qaydalara müvafiq olaraq, Kredit şöbəsinin müvafiq əməkdaşını məlumatlandırır;
  • Kredit işinin qanunvericiliyə, bankdaxili siyasət və qaydalara uyğun aparılmasına nəzarət  edir;
  • Kredit moduluna daxil edilmiş məlumatları yoxlayır və avtorizasiya edir;
  • Kredit verilməsi zamanı kartları “RBS change” edir, ödəniş tapşırıqlarının hazırlanmasına köməklik göstərir.
  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qüvvədə olan qanunvericiliyə riayət edilməsinə və FATCA üzrə nəzarəti həyata keçirir və hesabatları  hazırlayır;
  • Müştəri hesabları üzrə aparılan  bütün  əməliyyatların qanunvericiliyə və Bankın daxili  qaydalarına uyğun aparılmasına nəzarət üçün tam məsuliyyət daşıyır;
  • Filialda arxivləşmə işinin vaxtı vaxtında aparır və bu işə birbaşa nəzarəti həyata keçirir.
  • Digər filiallarda və MXD-də gərəkli olduğu hallarda nəzarət şöbəsini əvəz edir.
  • Səlahiyyətli şəxsin və filial müdirinin bu şöbəyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.

    Namizədə tələblər:

  • Vahid komandada işləmək qabiliyyəti;
  • Bank sahəsində Müştəri xidmətləri istiqaməti üzrə ən azı bir 1-5 il iş təcrübəsi;
  • Azərbaycan, Rus dillərini bilmək;
  • Ofis proqramlarında sərbəst iş bacarığı, Progress Bank əməliyyat sistemində işləmə bacarığı olanlara üstünlük verilir;
  • Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.
  • Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
  • Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Gənclik-1” şöbəsi, Nəzarət şöbəsinin Baş mütəxəssisi / Aparıcı mütəxəssisi / Mütəxəssisi / Kiçik mütəxəssisi) göstərməyiniz xahiş olunur.