Fiziki şəxslərə xidmət üzrə təlimçi
Fiziki şəxslərə xidmət üzrə təlimçi. Bakı filialları üzrə
Tələblər:
∙ Ali Təhsil
∙ Bank sahəsində iş təcrübəsi arzu olunandır
∙ Azərbaycan dilində sərbəst danışma
∙ İngilis və rus dilləri arzu olunandır
∙ Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
∙ Müştərilərlə xoş ünsiyyət qurma bacarığı
Vəzifə öhdəlikləri:
∙ Bank hesablarının açılması, redaktə edilməsi, bağlanılması
∙ Pul köçürmə sistemləri ilə əməliyyatın aparılması
∙ Kommunal ödənişlərin qəbul edilməsi
∙ Müştərilərə hesabları haqqında arayışların və çıxarışların təqdim edilməsi
∙ Müştərilərin hesabları haqqında daxil olan məktubların cavablandırılması
∙ Müştərilərin hesablarında konvertasiya əməliyyatlarının həyata keçirilməsi
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə "subject" (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz