Əməliyyat departamentinin Mütəxəssisi
Vəzifənin adı: Mütəxəssis
Şöbənin adı: Əməliyyat departamenti
İşçinin vəzifə öhdəlikləri:
• Departament rəisinin ona həvalə etmiş olduğu müştərilərə yüksək səviyyədə bank məhsul və xidmətlərinin satışını təşkil edilməsi
• Xidmət göstərdiyi müştərilərin yeni məhsul və xidmətlərə olan tələbatı barədə mütəmadi olaraq, department rəisinə məlumat verilməsi
• Xidmət göstərdiyi müştərilər üzrə müştərilərdən sənədlərin qəbul edilməsi, yoxlanması və icra edilməsi
• Xidmət etdiyi müştərilərin cari hesabları üzrə balans və balansarxası bütün növ aktiv və passiv əməliyyatların aparılması
• Xidmət etdiyi müştərilərin hesabları üzrə nağdsız mübadilə əməliyyatlarının sənədlərinin qəbul edilməsi, yoxlanması və icra edilməsi
• Xidmət etdiyi müştərilərə cari və plastik kart hesabların açılması üçün sənədləri qəbul edilməsi və aparıcı mütəxəssisə təqdim edilməsi
• Xidmət etdiyi müştərilərin hesablarına vergi, DSMF və məhkəmə orqanlarının qoymuş olduğu sərəncamların icra edilməsi
• Xidmət etdiyi müştərilərin əməliyyatları barədə hesabat verilməsi üçün department rəisinə kompüter vasitəsi ilə məlumat verilməsi
• Qanunvericiliyə uyğun olaraq, bank sirrinin qorunması şərti ilə, xidmət etdiyi müştərilərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışların hazırlanması və departament direktorunun təsdiqi üçün department rəisinə təqdim edilməsi
• Müştəri hesabları üzrə bütün növ nağdsız əməliyyatları aparılması
Vəzifəyə qəbul üçün tələblər:
Təhsil: İqtisadiyyat və ya biznes sahələrində ali təhsilinin olması
Bilik: Kompyuter biliklərinin olması (ofis proqramları; Progress bank proqramında işləyə bilmə üstünlük hesab olunacaqdır), dil biliklərinin olması (Azərbaycan və Rus dilləri əla, İngilis dili-orta, əsasən danışıq)
Bacarıq: Müştərilərlə yüksək səviyyədə davrana bilmə, işə analitk yanaşma, sürətli öyrənmə
Təcrübə: Müvafiq sahədə bank təcrübəsi ən az 2 il
Əmək haqqı: razılaşma əsasında
E-mail: [email protected]