Azər Türk Bank
Biznes analitik - Biznes Proseslərin İdarə Edilməsi Departamentinin Rəqəmsal Məhsulların İdarə Edilməsi şöbəsi
Vakansiya haqqında məlumat:
Təsvir
- Biznes proseslərin təhlili;
- Layihələr çərçivəsində maraqlı tərəflərdən tələblərin toplanması, ehtiyacların müəyyən edilməsi üçün görüşlərin və müsahibələrin həyata keçirilməsi;
- Layihənin icrası üzrə əlaqəli işlərin siyahısının (Backlog) hazırlanması və prioritetləşdirilməsi;
- Layihələr üzrə nəzərdə tutulmuş işlərin və dəyişikliklərin tətbiqi məqsədilə tapşırıqların formalaşdırılması və bu prosesdə iştirak edən strukturlar ilə razılaşdırılması;
- Tələblərin komanda üzvlərinə aydın şəkildə çatdırılması və icrası üçün işin təşkili;
- Layihənin icrası mərhələsində tələblərin proqramçılara düzgün çatdırılması üçün lazımi informasiya dəstəyinin göstərilməsi;
- Testləşmə işlərinin həyata keçirilməsi və çatışmazlıqlar aşkar olunduğu təqdirdə, onların aradan qaldırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi;
- Görülmüş işlər üzrə nəticələrinin sifarişçisi və təşkilatın digər aidiyyatı struktur bölmələri ilə razılaşdırılmasının və istismara buraxılmasının təşkili;
- Görülmüş işlərin istifadəyə verilməsi mərhələsində müştəriyə/sifarişçiyə təqdimatın həyata keçirilməsi və lazımi təlimlərin verilməsi (İstifadəçi təlimatları, təqdimatlar və s.);
- Layihə üzrə qoyulmuş hədəflərin yerinə yetirilməsini izləmək;
- Fəaliyyət göstərdiyi dövrdə qarşıya çıxan digər cari vəzifələri yеrinə yеtirmək;
- Dövri hesabatların hazırlanması;
Tələblər
- Ali təhsil;
- Bank işi və sahə üzrə iş təcrübəsi;
- Azərbaycan və rus dili biliyi mütləqdir, ingilis dili yaxşı səviyyədə;
- “MS Office” proqramları üzrə biliklər (“MS Excel”, “MS Visio”, “MS PowerPoint” bacarıqlarının yüksək səviyyədə olması);
- “Jira”, “Google Sheets/Docs/Forms”, “Miro”, “Figma” kimi alətlərlə tanışlıq və istifadə edə bilmə bacarıqları;
- “SQL” üzrə biliklərin olması arzuolunandır;
- “Agile” yanaşması üzrə biliklərin olması arzuolunandır;
- Analitik düşünmə və problemin həlli istiqamətində düşünmə qabiliyyəti;
- Komanda tərkibində və fərdi şəkildə işləmək və yüksək ünsiyyət bacarıqları;
- Məsuliyyətlilik və operativlik;
- Kreativlik və təşəbbüskarlıq;
- Sərbəst araşdırma qabiliyyəti.
Müraciət üçün daxil olun