BackEnd Devoloper
İyirmi beş ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Back-End tərtibatçısı vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “BackEnd Devoloper” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.
Vəzifə öhdəlikləri:
- Bankın müvafiq proqramlarla təmin edilməsində iştirak;
- Layihələrin icrası prosesində yaranan problemlərin vaxtında həll edilməsi
Tələblər:
- İstənilən müasir Framework`lərlə işləmə bacarığı;
- Layihələrin icrası və yazılmasında təcrübə;
- SOLID prinsiplərinin tətbiqində biliklər və iş təcrübəsi;
- Unit-testlərin yazılmasında təcrübə;
- Versiyalara nəzarət, miqrasiya və şablonizator sistemləri ilə iş təcrübəsi arzuolunandır.
Biz Sizə nə təklif edirik:
- Layihələrin yazılması və hazırlanması prosesində iştirak;
- Müasir texnologiya və metodologiya ilə işləmə şəraiti;
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.