Xətai rayonunda Bank VTB (Azərbaycan) ASC-nin yeni filialının açılışı olacaq | Banco.az

Xətai rayonunda Bank VTB (Azərbaycan) ASC-nin yeni filialının açılışı olacaq

Bakı şəhərinin Xətai rayonunda fevralın 6-da Bank VTB (Azərbaycan) ASC-nin sayca beşinci filialının açılış mərasimi keçiriləcək. Yeni filial “Əhmədli” metrostansiyasının çıxışında, Sarayevo küçəsi 8 “C” ünvanında, paytaxt əhalisinin  sıx məskunlaşdığı ərazilərdən birində yerləşir.

Filialın açılış mərasimində VTB (Rusiya) qrupunun və Bank VTB (Azərbaycan) ASC-nin baş ofisinin nümayəndələri, həmçinin “AtaHolding”in rəsmi təmsilçiləri iştirak edəcəklər.  

Yeni filialda fiziki və hüquqi şəxslərə hər növ bank xidmətləri təqdim olunacaq. Belə ki, “Əhmədli” filialında müştərilərə depozitlərin yerləşdirilməsi, kreditləşmə üzrə xidmətlər, valyuta dəyişmə əməliyyatları, plastik kart və təcili pul köçürmə əməliyyatları üzrə xidmətlər göstəriləcək.    

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksandr Yeryonim: “Biz 2014-cü ildə 10 yeni filial açmağı planlaşdırırıq, 2015-ci ildə isə onların sayını 26-ya çatdırılacaq. Beləliklə, biz üç il ərzində geniş filial şəbəkəsi olan bankların ТОР-siyahısına daxil olmaq niyyətindəyik. Bütün filiallar nəqliyyat baxımından müştərilər üçün maksimum əlverişli olan ərazilərdə yerləşəcək.”

Ən sərfəli kredit üçün müraciət et

Arayış üçün:

Bank VTB (Azərbaycan)

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.