Azərbaycan Beynəlxalq Bankı, mobil rabitə operatoru Azercell və Visa ödəniş sisteminin birgə aksiyasına start verib.
Azərbaycan Beynəlxalq Bankının Visa bank kartı ilə 100 manatdan yuxarı mal və ya xidmətə görə ödəniş etdikdə, onun sahibi Azercell mobil telefon nömrəsinə 5 bonus dəqiqə əldə edir.
Aksiyada iştirak etmək üçün Azərbaycan Beynəlxalq Bankının Visa bank kart sahibləri bankın Məlumat Mərkəzinə zəng vuraraq operatora Azercell mobil telefon nömrəsini bildirməli və qeydiyyatdan keçməlidirlər. Əgər kart Azercell mobil nömrəsinə SMS-xəbərdarlıq xidmətinə artıq qoşuludursa, onun sahibi aksiyada avtomatik iştirak edəcəkdir. Bankda kartı yeni açanlar bankın əməkdaşına Azercell mobil telefon nömrəsini bildirməlidir. Aksiyada Azərbaycan Beynəlxalq Bankı tərəfindən buraxılan bütün kartlar iştirak edir; ABB tərəfindən xidmət göstərilən ticarət-xidmət müəssisələrində aparılan ödənişlər hesaba alınır.
Proqramda qeydiyyat və iştirak pulsuzdur. Bonus dəqiqələr şəbəkədaxili danışıqlar üçün ayda bir dəfə əlavə olunur.
Gündəlik alış-verişinizi Azərbaycan Beynəlxalq Bankının Visa bank kartı ilə edin və Azercell mobil telefon nömrənizin hesabına bonus dəqiqələr qazanın.