Neftçilərin peşə bayramı ərəfəsində, UnibankAzərbaycanın neft sahəsində çalışan bütün vətandaşları üçün yeni kredit aksiyasına start verdi. Kampaniya çərçivəsində 18 sentyabrdan etibarən neft sənayesi peşəkarları istənilən Unibank filialına komissiyasız nağd kredit üçün müraciət edə bilər. Həm manat, həm də dollar kreditlərini əhatə edən bu xüsusi aksiya 24 sentyabr tarixinədək davam edəcək.
Unibank hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.