Unibankdan kənd təsərrüfatına dəstək | Banco.az

Unibankdan kənd təsərrüfatına dəstək

Unibank 1 noyabr Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə  kənd təsərrüfatı sahəsində çalışanları təbrik edir.

Yerli biznesə, bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. 9 ayın nəticələrinə görə,  bölgələrə verilən mikrokreditlərin həcmi 24  milyon manata çatıb. Bank tərəfindən verilən biznes kreditlərinin statistikasında kənd təsərrüfatı ilə bağlı xüsusi artım qeydə alınıb. Sevindiricidir ki, bankın kredit verdiyi müştərilərinin siyahısı daha da genişlənib. İlin əvvəlindən bu yana Unibank-ın  təkcə Sahibkarlara Komək Milli Fondunun xətti ilə kredit verdiyi sahibkarların 42%-i yeni müştərilərdir. Hesabat dövründə bu layihə çərçivəsində ümumi həcmi 2,1 milyon manat olan 113 kredit verilib. SKMF-nun vəsaitləri hesabına verilən kreditlər çox sərfəli şərtlərlə  - illik cəmi 6% -lə verilir.

Unibank yerli istehsalçılara dəstək məqsədi ilə daha bir layihəyə qoşulub. Dünya Bankı ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığının nəticəsi olan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nə qoşulan banka  bu məqsədlə 8 milyon ABŞ dolları kredit ayrılıb. Layihə çərçivəsində Unibank kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrə 500 000 ABŞ dollarınadək sərfəli kredit təklif edir.  Kreditlər illik 11,5%-lə, 7 ilədək müddətə verilir. Layihənin məqsədi Azərbaycanın aqro-ərzaq sektorunda fəaliyyət göstərən aqrobiznes müəssisələrinin rəqabətliliyinin, istehsalın, keyfiyyətin artırılması və texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır. Kredit müştərinin istəyinə uyğun olaraq manat və ya ABŞ dolları ilə verilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı”  filialları və  “Unibank biznes mərkəzi”nə müraciət edə bilərlər. Mikro-kredit götürmək istəyənlər isə 8 saylı, 10 saylı (“Əhmədli”), “Xalqlar”,” Neftçilər”, 9 saylı (“Bayıl”),  “Xırdalan”, “Mərdəkan, regionlarda isə bütün filialların xidmətindən faydalana bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.