Unibank-ın biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialının“Unibank- Biznes Mərkəzi”nin 1 yaşı oldu. Ölkə bank filialları içərisində fərqli və özünəməxsus konsepsiya əsasında fəaliyyət göstərən “Unibank- Biznes Mərkəzi”, 1 il ərzində minlərlə müştəriyə bank xidməti göstərib. Bir ildə nələrə nail olunub:
- 4 dəfəyə yaxın müştəri artımı;
- 60 milyonmanatayaxınkreditportfeli;
- Milyonlarla manat verilən kredit;
- Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və Dünya Bankı ilə böyük biznes layihələrinin maliyyələşdirilməsi istiqamətində uğurlu əməkdaşlıq;
- Geniş çeşidli bank xidmətləri;
- İnnovativ bank məhsulları və müştərilərə individual yanaşma.
Filial korportiv müştərilərə hüquqi dəstəklə yanaşı, konsultasiya, layihələrin maliyyə ekspertizası xidmətləri də göstərir. Ötən 1 il ərzində “Unibank- Biznes Mərkəzi”nin verdiyi ən kiçik kreditin həcmi 15 min AZN, ən böyük kreditin məbləği isə – 4.5 mln. USD olub.
“Unibank- Biznes Mərkəzi” kiçik və orta, həmçinin iri biznes sahibləri üçün bank xidmətləri təklif edir.
Real sektora diqqətini günü-gündən artıran Unibank, ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filiallar açıb. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar “Unibank- biznes mərkəzi” ilə yanaşı bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank) əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!
Unibank-hər kəsin bankı!