TuranBank öz müştərilərinə kredit ödənişlərini daha rahat və vaxt itirmədən həyata keçirməsi üçün Bankın rəsmi səhifəsində (www.turanbank.az) "Kreditlərin onlayn ödənişi" xidmətini təqdim edir. Bu xidmət vasitəsliə istər AzeriCard, istərsə də MilliKart Prossesinq Mərkəzlərində xidmət olunan bankların plastik kartları vasitəsilə ödənişlər etmək mümkündür. Bundan əlavə, digər yerli və xarici bankların Visa və MasterCard kartlarının, həmçinin Azərpoçtun plastik kartlarının sahibləri də TuranBankın kreditlərini bankın rəsmi internet səhifəsində ödəyə bilərlər.
İnternet vasitəsi ilə krediti ödəmək üçün kart sahibi www.turanbank.az saytında "Kreditin onlayn ödənişi" bölməsinə daxil olub 13 rəqəmli Müştəri kodunu, təhlükəsizlik kodunu, həmçinin, ödəniş haqqında məlumatı sms vasitəsilə almaq istədiyi halda mobil telefon nömrəsini, elektron formada almaq istədiyi halda isə e-mail ünvanını daxil etməlidir. Növbəti səhifədə müştəri kredit hesablarının siyahısından ödəmək istədiyi krediti seçməli və daha sonra ödəyəcəyi məbləği daxil etməlidir (5000 AZN-dən çox olmamalı). Sonda müştəriyə ödənişinin qəbzini çap etmək imkanı verilir. Ödəniş haqda məlumat müştərinin seçimindən asılı olaraq onun həm mobil telefonuna, həm də elektron poçt ünvanına göndərilir.
Saat 17:00-a kimi həyata keçirilən ödənişlər həmin gün, 17:00-dan sonra olan ödənişlər isə hesaba növbəti iş günü ərzində mədaxil olunur. Əməliyyat bankın qeyri iş günlərində aparılırsa, vəsait növbəti iş günü ərzində hesaba daxil olunur.
TuranBank, müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.
Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code, PIN Change və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.
Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.
Bankın hal-hazırda 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatalada, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.
TuranBankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.