Hər il dekabrın 16-sı ölkədə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 2005-ci ilin məhz həmin günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) yaradılıb.
TuranBank, nazirlik əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir və 16-18 dekabr tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir! Göstərilən tarixlərdə TuranBankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Kredit faizlərində endirim TuranBankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Endirim kampaniyası haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.
TuranBank, müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri təklif edir. Bank, "Muştuluq" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini 9% endirmişdir. Bundan sonra adı çəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz və arayışsız bankın istənilən filialında əldə etmək mümkündür.
Bank, eyni zamanda Facebook sosial şəbəkəsinin istifadəçiləri üçün yeni hədiyyəli aksiyaya start vermişdir. Dekabrın 24-dək davam edəcək aksiya çərçivəsində TuranBankın Facebook-dakı rəsmi səhifəsinin (https://www.facebook.com/TuranBankASC) izləyiciləri öz dostlarını bu səhifəni bəyənməyə (like) dəvət etməlidirlər. Bankın Facebook səhifəsini bəyənmiş ən çox dost sayına malik 10 iştirakçıya 100 AZN mədaxil edilmiş və qalibin özünün seçdiyi dizaynlı (şəkilli) MasterCard kartı hədiyyə olunacaq.
TuranBank, "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.
Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.
Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.
Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.
TuranBankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.