Rabitəbank ASC nizamnamə kapitalını növbəti dəfə atrıraraq 51,4 milyon manata çatdırdı. 2013-cü ilin əvvəlindən etibarən Rabitəbank üçüncü dəfədir ki, nizamnamə kapitalını artırır. Bununla da Rabitəbank, Mərkəzi Bankın ölkə banklarının nizamnamə kapitalının minimumuna qarşı tələbi artıq tam yerinə yetirdi.
Bankın nizamnamə kapitalının artırılması barədə qərar 2012-ci ildə Səhmdarların Ümumi Yığıncağında qəbul edilmişdir. Bank tərəfindən 2013-cü ildə mərhələli şəkildə bankın nizamnamə kapitalının artırılması istiqamətində tədbirlər görülmüş, adi adlı sənədsiz səhmlər buraxılmış və onlar uğurla yerləşdirilmişdir.
Rabitəbank bu il yaranmasının 20 illiyini qeyd edir. 20 avqust 2013-cü il tarixinə bankın aktivləri 254 milyon manat və kredit portfeli isə 138 milyon manat təşkil etmişdir. Hazırda Bank 20 filial, 2 şöbə və 1 nümayəndəliklə ölkənin 14 regionunda geniş filial şəbəkəsi ilə təmsil olunur.