PASHA Bank və British Council-un birgə layihəsi çərçivəsində biznes-jurnalistikanın inkişafı üzrə yeni təlimlərə start verildi | Banco.az

PASHA Bank və British Council-un birgə layihəsi çərçivəsində biznes-jurnalistikanın inkişafı üzrə yeni təlimlərə start verildi

PAŞA Bank və British Council Böyük Britaniyanın Tomson Fondu təşkilatının dəstəyi ilə məmnuniyyətlə jurnalistlər üçün nəzərdə tutulmuş xüsusi təlim proqramını elan edirlər.Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) peşəkar bilik və səriştənin artırılmasında kömək etməkdir.2013-cü ilin noyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 10-15 iştirakçı seçiləcəkdir. Təlimlər zamanı fəal iştirak və yekun müsahibə nəticəsində seçilmiş 2 iştirakçı Böyük Britaniyada Tomson Fondu təşkilatı tərəfindən təşkil edilmiş yay təçrübə proqramında iştirak edəcəkdir. Layihə çərçivəsində iştirakçılara biznes jurnalistika təlimi ilə yanaşı ayrılıqda ingilis dili kursları da keçiriləcəkdir.Bildirmək istərdik ki, layihədə paytaxt Bakıdan olan jurnalistlərlə yanaşı bölgələrdən olan media işçiləri də qatıla bilər.Qeyd: Əvvəlki Biznes Jurnalistika layihəsində iştirak edən iştirakçılar bu layihəyə yenidən müraciət edə bilməzlər Proqram əsasən jurnalistlərin aşağıdaki bilik və səriştələrini artırmağı nəzərdə tutur:• Məqalə yazma tərzləri• Oçerklərin yazılması• Reportajların hazırlanması• Xəbərlərin yazılması• Müsahibə alma texnikası və praktikasıTəlim aşağıdaki mövzuları əhatə edəcəkdir:• İqtisadiyyat jurnalistikası• Biznes jurnalistikası və onlayn media• Etika qaydaları, məlumatın balanslı və doğru çatdırılmasıSeçiləcək iştirakçılardan tələb olunanlar:1. Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi2. Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli3. Bütün təlim kurslarında iştirak edə bilməli:• 3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla noyabr 2013, yanvar və aprel 2014-də keçiriləcəkdir)• Böyük Britaniyada yay təcrübə proqramıQeyd: İştirakçıların bütün təlim kurslarında iştirak etməsi mütləqdir!Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:1. Ərizə forması və inşalar2. Yerli təlimlər və ingilis dili kurslarında iştirak üçün ilkin müsahibələrin keçirilməsi3. Böyük Britaniyada keçiriləcək yay təcrübə proqramı üçün (yerli təlimlərdən sonra) müsahibələrin keçirilməsiMarağı olan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindənwww.britishcouncil.az yükləməlidirlər. Doldurulmuş ərizə formaları və CV-lər 2013-cü il 20 sentyabr tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidirlər.Uyğun namizədlər musahibəyə dəvət olunacaqlar.Əlavə məlumat üçün əlaqə saxlayın:Könül ƏhmədovaProgramlar üzrə İcraçıBritish Council AzərbaycanTel: + 994 12 497 15 93; + 994 12 497 20 13Faks: + 994 12 498 92 36

Ən sərfəli kredit üçün müraciət et