NİSSAN SUNNY kimin olacaq? | Banco.az

NİSSAN SUNNY kimin olacaq?

Unibankın “Nissan qazan!” kampaniyasının ilk qalibinin kimliyi bu günlərdə məlum olacaq. Bankın dekabrın 10-dan başlayan “Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin” adlı lotereyası çərçivəsində, bankın 3 müştərisi avtomobil əldə etmək şansı qazanacaq. 10 mart  2014-cü il tarixinədək Unibankdan kredit götürən bütün müştərilər, lotereya oyununun iştirakçısı olacaqlar.

Üstəlik,  hal-hazırda kampaniya çərçivəsində kredit götürən  müştərilərə 3% endirim edilir.

Lotereya oyunu 3 tirajda keçiriləcək. Hər tirajın baş mükafatı avtomobildir. Yanvar, fevral və  mart aylarında  keçirilən uduş tirajları zamanı – hər ay bir nəfər avtomobil qazanacaq. 1-ci tirajın qalibi Nissan Sunny, ikinci tirajın qalibi Nissan Tiida, 3-cü tirajın qalibi isə  Nissan Altima markalı avtomobilin sahibi olacaq.

Hər tirajda 5 ədəd olmaqla, lotereyada 15  İPhone 5 telefonu da oynanılır. Lotereya müddətində 90 nəfər müştəri 100 AZN-lik pul uduşuna sahib olacaq.

Şərtlərə əsasən, lotereya müddətində müştərinin  bankdan  götürdüyü  Nağd kreditin hər 100 AZN/USD-si  1 şans kimi qiymətləndirilir. Əgər müştəri Unibank-dan ilk dəfə kredit götürürsə,  bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD –si  2 şans kimi qiymətləndiriləcək. Məsələn, təkrar müştəriyə  780 AZN və ya 780 USD kredit rəsmiləşdirilərsə,  bu zaman müştəri lotereyada iştirak  üçün 7 şans əldə edir. Əgər qeyd edilən məbləğ Bank üçün yeni müştəriyə rəsmiləşdirilərsə,  bu zaman həmin müştəri lotereyada iştirak üçün 2 dəfə artıq- yəni 14 şans əldə edir.

Ən sərfəli kredit üçün müraciət et

Unibankdan kredit götürün ki, hədiyyəniz avtomobil olsun!

 Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı.