Bugün “NİKOYL” Bankın Baş ofisində 1 iyun - Beynəlxalq uşaqların müdafiəsi gününə həsr olunmuş ənənəvi xeyriyyə qanvermə aksiyası keçirildi. İdarə heyətinin sədri Vasiliy Viktoroviç Xamaza başda olmaqla, aksiyada “NİKOYL” Bankın həm Baş ofisinin, həm də paytaxt filiallarının əməkdaşları iştirak etdilər.
Artıq 10 ildən çoxdur ki, “NİKOYI” Bank fəxri donor adını daşıyır və bankın kollektivi müntəzəm olaraq bu və ya digər qlobal hadisələrə həsr olunan qanvermə aksiyalarında iştirak edir. “NİKOYL” Bankın qanvermə ənənəsi 2006 ildən etibarən yaranmışdır və bankın korporativ sosial məsuliyyət layihəsi çərçivəsində keçirilir.
"NİKOYL" İKB ASC əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil