“NBCBank” ASC yarım il ərzində biznes kredit portfelini 2 dəfədən çox artırıb | Banco.az

“NBCBank” ASC yarım il ərzində biznes kredit portfelini 2 dəfədən çox artırıb

2014-cü ilin birinci yarısında NBC Bankın kredit portfelində biznes kreditlərinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, qeyd olunan dövrdə bankın biznes kreditlərinin həcmi 2,1 dəfə artaraq 44 mln. 348 min manat təşkil etmişdir. Bankdan verilən məlumata görə, biznes kreditləri əsasən yerli istehsal müəssisələri, kənd təsərrüfatı, heyvandarlıq və s. sahələrin maliyələşdirilməsinə yönəldilmişdir. 2014-1016-ci illəri əhatə edən NBC Bankın Strateji Planına əsasən real sektorun kreditləməsi bundan sonra da sürətlə davam etdiriləcək və Bank milli iqtisadiyyatın inkişafına öz töhvəsini verməyə davam edəcəkdir. 

Qeyd edək ki, “NBC Bank” ASC aktivlərinin həcmini 2014-ci il ilk yarısında 134,4 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 % çoxdur.  Həmçinin, müvafiq dövrə Bankın depozit portfeli 57,9 mln., kredit portfeli isə 116,7 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə depozit portfeli 13%, kredit portfeli isə 48% artmışdır. Kredit portfelinin  34%-ni  hüquqi şəxslərə , 66%-i isə fiziki şəxslərə verilmiş kreditlər təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın 4-ü regionlarda olmaq şərti ilə 11 filialı fəaliyyət göstərir. Filial şəbəkəsinin artırılması da 3 illik Strateji planda öz əksini tapmışdır.