Bank of Baku-dan növbəti sosial layihə:
“Məhdudiyyətlərə meydan oxuyaq!”
Hər zaman korporativ sosial məsuliyyət siyasəti çərçivəsində faydalı layihələr reallaşdıran Bank of Baku bu dəfə “Müstəqil Həyat” İnkişaf və Dəstək mərkəzi ilə birgə “Məhdudiyyətlərə meydan oxuyaq!” adlı yeni sosial layihəyə başlayır.
Layihə fiziki məhdudiyyəti olmağına baxmayaraq oxumaq, öyrənmək, inkişaf etmək, işləmək istəyən insanlar üçün nəzərdə tutulub. Qeydiyyatdan keçmiş iştirakçılar arasında müvafiq meyarlara cavab verənlərə 1 ay ərzində Bank tərəfindən dəvət edilmiş yerli mütəxəssislər tərəfindən aşağıdakı mövzular haqqında təlimlər keçiriləcək:
- Sosial şəbəkələrin idarə edilməsi
- Məlumat Mərkəzi işi
- Şəbəkə adminstratorluğu, helpdesk
- Bloqçuluq
- Psixologiya, motivasiya
Təlimləri uğurla bitirən məzunlara Bank of Baku adından xüsusi sertifikatlar təqdim ediləcək. Həmçinin, Bankın saytında, sosial şəbəkələrdəki rəsmi səhifələrdə ictimaiyyətin və şirkət rəhbərlərinin diqqətini cəlb etmək məqsədilə hər bir məzun haqqında ətraflı məlumat (xüsusi istedadları və təhsilləri qeyd edilməklə) yerləşdiriləcək. Əminik ki, bu layihə bir çox şirkət rəhbərlərinin diqqətini cəlb edəcək və bizim məzunlar qısa zaman ərzində iş yeri ilə təmin olunacaqlar. Qeyd edim ki, Bank of Baku da öz növbəsində məzunların istedadlarını təhlil edib bankda işlə təmin etmək məsələsini nəzərdən keçirəcək. Üstəlik, geniş partnyor şəbəkəsinə malik olan Bank of Baku həmin şirkət rəhbərlərinin diqqətini də bu layihəyə cəlb edəcək.
Təlimlərə qoşulmaq üçün http://www.bankofbaku.com/social/KSM.html səhifəsində qeydiyyatdan keçmək kifayətdir. Müraciətlər 14 Oktyabradək qəbul ediləcək.
Fiziki məhdudiyyətlərə meydan oxuyaraq, yeni nailiyyətlər əldə etmək istəyən hər kəsi təlimlərə dəvət edirik!
Gəlin, MƏHDUDİYYƏTLƏRƏ BİRGƏ MEYDAN OXUYAQ!
Bu layihədə bizə dəstək olan şirkətlərə təşəkkürümüzü bildiririk.
Daha ətraflı:
145 Məlumat Mərkəzi