Komissiyasız da avto kredit almaq mümkündür | Banco.az

Komissiyasız da avto kredit almaq mümkündür

Bəzən kredit faizlərindən əlavə, bankların tələb etdiyi komisiyalar da sizin kredit xərclərinizi artırır. Hətta elə hallar da məlumdur ki, kredit faizləri ilə komisyon haqqı bir-birinə bərabər olur. Banklar faizləri azaltsalar da, komisyonlar günü-gündən artır. 
Lakin bizi düşünən banklar da vardır. 
Beləliklə, bu gündən etibarən Bank VTB “Bank komissiyasına YOX deyək!” adlı yeni aksiyaya start vermişdir. 
İndi siz nəinki komisyon haqqı ödəməyəcək, həm də daha aşağı illik faizlə avtomobil ala biləcəksiniz. 
Yeni aksiyanın şərtlərinə əsasən, minimal sayda sənəd təqdim etməklə, habelə  komissiya tutulmadan və bankın standart şərtlərindən fərqlənən faiz dərəcələri ilə avtomobil əldə etmək mümkündür. 
15 dəqiqəyə rəsmiləşdirlən və illik faiz dərəcəsi15%-dən başlayan kredit sizi arzuladığınız avtomobilə qovuşduracaq. 
Lazım olan tək şey şəxsiyyət vəsiqəsi və sürücülük hüququnu təsdiq edən sənədlərdir.
Aksiya 31 iyul 2014-cü ilədək davam edəcəkdir. Avtokrediti bankın istənilən filialında rəsmiləşdirmək mümkündür. Bu zaman ilkin ödəniş 40 faizdən başlayır. 
Məsələ ilə bağlı Bank VTB-nin Pərakəndə Biznes İdarəsinin rəisi Tural Vəliyev redaksiyamıza bunları bildirmişdir: "“Bank komissiyasına YOX deyək!” aksiyası “AvtoEkspress” krediti üzrə, avtomobil əldə etmək arzusunda olan hər kəs üçün nəzərdə tutulmuşdur. Hazırda biz əsas avtokreditorlardan biriyik və ölkənin əsas avtosalonları ilə işləyirik. Gələcəkdə biz müvafiq aksiyaları pərakəndə biznesin digər məhsulları üzrə də keçirmək niyyətindəyik”.

Ən sərfəli kredit üçün müraciət et