“FINCA Azerbaijan”-ın Beyləqan filialı Yeni Ofisinin Açılış Mərasimini Həyata Keçirmişdir | Banco.az

“FINCA Azerbaijan”-ın Beyləqan filialı Yeni Ofisinin Açılış Mərasimini Həyata Keçirmişdir

Müştəri məmnunluğunun təmin olunmasına daim çalışan FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı 16 aprel 2014-cü il tarixində Beyləqan filialının müştərilərin rahatlığını təmin edəcək müasir standartlara tam cavab verən yeni ofisinin açılış mərasimini həyata keçirmişdir. Açılış mərasimində Beyləqan rayon İcra Hakiminin birinci müavini, FINCA Azerbaijanın ölkə direktoru Timoti Tarrant və digər rəhbər şəxsləri, habelə regionda fəaliyyət göstərən müxtəlif bankların nümayəndələri və müştərilər iştirak etmişdir.

Tədbirdə filial ilə uzun illər əməkdaşlıq edən 4 nəfər müştəri dəyərli hədiyyələrlə mükafatlandırılmışdılar. Həmçinin, FINCA Azerbaijanın bütün 65 filialını əhatə edən “hər filialda 150.000-də birinci müştəri” adlı kampaniya çərçivəsində Beyləqan və Fizuli filiallarından olan müştərilər də onlar üçün hazırlanmış xüsusi hədiyyələrini almışdılar.

Ən sərfəli kredit üçün müraciət et

11 ildən artıq regionda fəaliyyət göstərən Beyləqan filialı hal-hazırda əsasən əkinçilik, heyvandarlıq və kiçik bizneslə məşğul olan 4000 nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir.

Ümumilikdə, FINCA Azerbaijan təşkilatı cari olaraq ölkənin bütün regionlarını əhatə edən 65 filial vasitəsilə 152,000 nəfərdən artıq aktiv müştəriyə - kiçik və orta sahibkarlara müxtəlif kredit məhsulları təqdim edir.