İlin əvvəlindən Expressbank-ın aktivləri 28,3 mln. manat və ya 12,4% artaraq 256,5 mln.manata çatmışdır. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 18,7 mln. manat və ya 10,4% artaraq 199,1 mln. manatı keçib.
Bankın depozit portfeli 13.9% artaraq 112,8 mln.manata çatdırılmışdır. Əhalinin əmanətləri isə 1 iyul 2014-cü il tarixinə 47,9 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 24,6% çoxdur.
2014-cü ilin birinci yarısını Bank 6,4 mln.manat xalis mənfəət ilə başa vurmuşdur.
I rübün sonuna Expressbank-ın nizamnamə kapitalı 112,3 mln. manat təşkil edərək, ölkə bankları arasında ilk beşlikdə yer almışdır.
Bank-ın 17 filialı mövcüddür, onlardan 5 regionlarda fəaliyyət göstərir. Bugünə Bankın 3589 Pos-terminal, 73 ATM və 37 ExpressPay ödəniş terminalları şəbəkəsi əhaliyə xidmət göstərir.
Əlavə məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə və ya www.expressbank.az saytına daxil ola bilərsiniz. Bankın rəsmi facebook səhifəsi www.facebook.com/Expressbank.