Unibank-ın şərtlərini bu günlərdə daha da asanlaşdırdığı “evdar xanım krediti” böyük maraq doğurub. Hər gün onlarla xanım Unibank filiallarına bu güzəştli kredit məhsulu üçün müraciət edir və endirimlərdən faydalanır. Xatırladaq ki, Unibankdan kredit götürmək istəyən evdar xanımları sürprizlər gözləyir. Krediti rəsmiləşdirmək üçün onlardan həyat yoldaşlarının iş yerindən arayış tələb olunmur.
Evdar xanımların bank filiallarına sadəcə şəxsiyyət vəsiqələri və nigah şəhadətnamələri müraciət etmələri kifayətdir. Kreditin maksimal məbləği isə 1500 manata qaldırılıb. Üstəlik xanımlara bankın kredit kartı da verilir ki, bu da Unibank məhsullarından və xidmətlərindən əlavə güzəşt hüququ verir.
Qeyd edək Azərbaycanda ilk dəfə olaraq, Unibank evdar xanımların öz maliyyə problemlərini həll etmək üçün xüsusi şərtlərlə nağd kredit məhsulu yaradıb.
Bank Paytaxt və bölgələri əhatə edən 32 filialı ilə vətəndaşların xidmətindədir. Filiallar həftənin 6 günü səhər saat 9-dan 18.00-dək nahar fasiləsiz işləyir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı.