Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondu (EFSE) AccessBank-a (Azərbaycan) 15 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Ayrılan kredit Bankın kənd ərazilərində mikro- və kiçik sahibkarlığın uzunmüddətli maliyyələşdirilməsinə dəstək verəcək.
Yeni kredit AccessBank-a 7000 artıq mikrokredit verməyə imkan yaradacaq. Azərbaycanın mikromaliyyələşdirmə sahəsinin lideri olan AccessBank kənd təsərrüfatı sektorunun dəstəklənməsinə diqqət ayırır. Geniş filial şəbəkəsinə və təcrübəli işçi personalına malik olan Bank 140 000 artıq müştəriyə xidmət göstərir.
“Biz, yeni kredit verməklə, AccessBank-la uğurlu əməkdaşlığımızı davam etdirməkdən məmnunluq duyuruq”, – deyə EFSE İdarə Heyətinin sədri Monika Bek bildirib. “AccessBank mikromaliyyələşdirmə sahəsində aparıcı mövqe tutmaqla və kənd təsərrüfatının maliyyələşdirilməsinə xüsusi diqqət yetirməklə, Azərbaycanın kənd ərazilərində EFSE-nin məqsədli qruplarının təmin olunmasında EFSE Fonduna dəstək olur”.
AccessBank-ın Baş Meneceri Mixael Hoffmann müqavilənin imzalanmasını şərh edərək deyib: “Biz, AccessBank-ın əsas tərəfdaşı qismində çıxış edən Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondunun dəstəyini yüksək qiymətləndiririk. EFSE tərəfindən verilən kredit, ölkənin əksər regionlarında fəaliyyət göstərən geniş filial şəbəkəmiz olan kənd ərazilərində mikro və KOB müəssisələrinin kreditləşdirilməsi üzrə Bankın fəaliyyətinin genişləndirilməsinə böyük töhfə verəcək”.
Cənub-şərqi Avropa ölkələri üzrə Avropa Fondu (EFSE) Almaniyanın Federal İqtisadi Əməkdaşlıq üzrə Federal Nazirliyinin (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi ilə KfW İnkişaf Bankı tərəfindən yaradılıb. Fondun məqsədi Cənub-şərqi Avropa və Cənubi Qafqaz regionu ölkələrində iqtisadi inkişafa və tərəqqiyə təkan verməkdən ibarətdir. Maliyyə vəsaitləri mikro-, kiçik və orta müəssisələrin uğurlu inkişafı üçün ən vacib şərt olduğundan, EFSE əsas fəaliyyətini yerli maliyyə sektorlarına yönəldir. Bununla da, onların sabit maliyyələşdirmə imkanlarına dəstək olur. Investisiya fəaliyyətinin dəstəklənməsi EFSE-nin əsas inkişaf vasitəsi hesab olunur. Fond tərəfdaş olan kredit təşkilatlarının əməliyyat imkanlarını artırmaq və peşəkar idarəçiliyi təmin etmək məqsədilə, bu yolla onlara texniki yardım göstərir və, eyni zamanda, məsləhətçilik və treninq xidmətləri ilə də təmin edir.
AccessBank 2002-ci ildə QDTİB, AYİB, BMK, KfW və Almaniyanın məsləhətçilik şirkəti olan LFS Financial Systems (LFS) kimi təşkilatlar tərəfindən yaradılıb. AccessBank mikro və KOB müəssisələrinin kreditləşdirilməsi ilə məşğul olur. AccessBank Azərbaycan üzrə geniş filial şəbəkəsinə malikdir, burada ümumilikdə 1,859 nəfər əməkdaş çalışır. Fitch Ratings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək reytinq olan BB+ reytinqi ilə təltif edib. .