DəmirBank Western Union üzrə yeni aksiyaya başlayıb | Banco.az

DəmirBank Western Union üzrə yeni aksiyaya başlayıb

DəmirBank Western Union pul köçürmə sistemi  üzrə müştərilərə yeni aksiya təqdim edir.

Aksiya çərçivəsində MDB ölkələrinə və Gürcüstana 200 ABŞ dollarından başlayaraq pul göndərən müştərilər cəmi 1% komissiya haqqı ödəməli olacaqlar.

Western Union sistemi ilə göndərilən pul vəsaiti 5 – 15 dəqiqə sonra alına bilər. Pul köçürmə sistemi müdafiə mexanizminə malikdir.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.