DəmirBank ASC 2014-cü ildə dəftərxana ləvazimatı, kartric və təsərrüfat mallarının illik satınalınması məqsədilə açıq tender elan edir.
İştirakçılar tenderdə iştirak etmək üçün 7 fevral 2014-cü il saat 18.00 -a qədər aşağıdakı sənədləri poçt vasitəsi ilə və ya şəxsən təqdim etməlidirlər:
- Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət (ərizə);
- İştirakçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- İştirakçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN) və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, ehtiyac olduqda lisenziya) surətləri;
- Ərizə, tender təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- İştirakçının potensial imkanlarının olması haqqında məlumat (Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar);
- Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair son vergi ilində təmin edilməmiş öhdəliklərin olub - olmaması haqda arayış.
Tender təklifi 2 nüsxədə (əsli və surəti) və tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı ilə birlikdə 7 fevral 2014-cü il saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Qarabağ küçəsi, 31 nömrəli ünvanda yerləşən “DəmirBank” ASC-nin Baş ofisinə təqdim edilməlidir.
İştirakçıların tender zərfləri “DəmirBank” ASC-nin Baş ofisində 8 fevral 2014-cü il tarixində saat 10.00-da açılacaqdır. İştirakçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender 3 (üç) lot üzrə keçirilir:
Lot-1. Dəftərxana ləvazımatının təchizi və vaxtında ünvana çatdırılması
Lot-2. Təsərrüfat mallarının təchizi və vaxtında ünvana çatdırılması
Lot-3. Kartriclərin təchizi və vaxtında ünvana çatdırılması.
Malların təchizatı cədvəli hər ay üçün müəyyən edilib və 30 dekabr 2014-cü il tarixinə kimi nəzərdə tutulub.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Eldəniz Qasımlı
Telefon: 012 444 71 71 (daxili 612)
Ünvan: Bakı şəhər “DəmirBank” ASC, Baş ofis, Qarabağ küçəsi 31.
Tender üzrə bütün prosedurlar (yazışmalar, sənədləşmə və s.) Azərbaycan dilindədir.
Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, satınalınacaq malların vaxtında çatdırılması, xidmətlərin yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcəkdir.
İştirakçının Tender təklifi tender zərflərinin açıldığı gündən ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır.
“DəmirBank” ASC
Qarabağ küç .31,
Bakı AZ1008
Tel: +994 12 149, 444 71 71
Fax: +994 12 496 09 77
Müxbir hesab: AZ85NABZ01350100000000011944
Kod: 509750
VOEN: 9900001471
S.W.I.F.T BİK: AZERAZ22