DəmirBank ad günü olanlar üçün güzəştli kredit təklif edir | Banco.az

DəmirBank ad günü olanlar üçün güzəştli kredit təklif edir

DəmirBank ad günündən 15 gün əvvəl və ya 15 gün sonra istehlak kreditləri üzrə müraciət edən müştərilərə illik faiz dərəcəsində 3% endirim təqdim edir. Aksiya 31 dekabr 2014-cü il tarixinədək davam edəcək.

Qeyd edək ki, aksiya ipoteka, avtomobil krediti, biznes krediti, təmir krediti, qızılla kredit, təhsil krediti, pul köçürmələri əsasında kreditlər istisna olmaqla, digər istehlak kreditlərinə şamil edilir. Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.

DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.