Bank VTB (Azərbaycan) Paket Sığorta Məhsullarının satışına başlayır | Banco.az

Bank VTB (Azərbaycan) Paket Sığorta Məhsullarının satışına başlayır

Bank VTB (Azərbaycan) öz müştərilərinə yeni komisyon məhsulu – Paket Sığorta Məhsullarını təklif edir. Paket sığorta məhsullarıöncədən müəyyən edilmiş qaydada sabit şərtləri, riskləri və sığorta məbləğləri olan sığorta proqramıdır.

Bank VTB (Azərbaycan) sözügedən paket çərçivəsində  “KASKO Avtomobil Sığortası” , “Daşınmaz Əmlakın Sığortası” və “Bədbəxt Hadisələrdən Sığorta” kimi məhsullar təqdim edir. Hər birsığorta məhsulunun müddəti 1 ildir.

KASKO sığortasının qiyməti 99 və 220 manat təşkil edir. Əmlakın sığortalanması zamanı məhsulun qiyməti bölgədən asılı olaraq dəyişir - 48 manatdan 70 manatadək. Bədbəxt hadisələrdən sığortanın qiyməti isə 30 və 35 manatdır. 

Ən sərfəli kredit üçün müraciət et

Sığorta polisinin alınması və rəsmiləşdirilməsi bank VTB (Azərbaycan)-ın filiallarında həyata keçirilir və əlavə olaraq sığorta şirkətinə müraciət etməyə ehtiyac yoxdur.
Sənədlərə olan tələblər minimaldır. Belə ki, “KASKO Avtomobil Sığortası” məhsulu almaq üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Əmlakını sığortalamaqda maraqlı olanlar şəxsiyyət vəsiqəsi ilə birgə əmlak sahibliyini təsdiq edən sənəd təqdim etməlidir. Bədbəxt hadisələrdən sığortalanarkən yalnız şəxsiyyət vəsiqəsi lazımdır. 
Bundan başqa, bank VTB (Azərbaycan)-ınPaket sığorta məhsullarını hədiyyə üçün də almaq mümkündür.