“Bank Technique”in əmanətlərin həcmi 34% artıb | Banco.az

“Bank Technique”in əmanətlərin həcmi 34% artıb

KPMG beynəlxalq audit şirkəti “Bank Technique” ASC-nin bu ilin ilk yarım ili üçün audit hesabatını hazırlayıb. 

2013-cü il iyulun 1-nə Bankın vergilər ödənilənədək mənfəəti 18,574 mln. manat olub. 2012-ci ilin analoji dövründə bu göstərici 2,910 mln. manat olub, ötən ilin illik mənfəəti isə 5,196 mln. manat təşkil edib.

Bu ilin 6 ayı ərzində “Bank Technique”də fiziki şəxslərin əmanətləri 36,931 mln. manat və ya 33,6% artaraq 146,945 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bankın məcmu kapitalı 23,159 mln. manat və ya 76,8% artaraq 53,345 mln. manata çatdırılıb. Bu müddət ərzində bankın nizamnamə kapitalı 75,1 mln. manata çatdırılıb.