“Bank Technique” Gəncədə bayram süfrəsi təşkil etdi! | Banco.az

“Bank Technique” Gəncədə bayram süfrəsi təşkil etdi!

Mütəmadi olaraq, Korporativ Sosial Məsuliyyət (KSM) layihələri həyata keçirən “Bank Technique” ASC, bu gün də sözügedən ənənəsinə sadiq qalaraq, Gəncə şəhərindəki filialı vasitəsilə, Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində, Ramazan bayramı münasibətilə süfrə açıb. Bu bayramda da, regionlardakı yaşlılarımızı unutmayan Bank, onların bayram sevincinə öz töhfəsini qatıb.

Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin rəhbərliyi “Bank Technique”in bu addımını yüksək qiymətləndirərək, Banka sosial məsuliyyətini dərk edən ən nümunəvi bank kimi təşəkkürünü bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Gəncə şəhəri, Poçt qəsəbəsi, Aydınbəyov küç., 59 ünvanında yerləşən Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan 106 nəfər ruhi-əsəb əlil yaşayır.

Ahıl və xüsusi qayğıya ehtiyacı olan insanlara yardım “Bank Technique”in KSM fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bank gələcəkdə də, bu istiqamətdə fəaliyyətini davam etdirərək, ölkəmizdəki digər şirkətlərə də örnək olacaq addımlar atmaqda davam edəcək.