Bank plastik kartlar üzrə xidmətini bütövlükdə özünün prosessinq mərkəzinə keçirir. Bununla da Bank Standard müştərilərinə yüksək keyfiyyətli və operativ xidmət göstərməklə bərabər, yeni, daha unikal və innovativ məhsullar təqdim edə biləcək. Həmçinin müştərilər bütün kart hesabları üzrə əməliyyatları real vaxt rejimində həyata keçirəcəklər. Xüsusilə qeyd etmək istərdik ki, Bank Standard SMS məlumatlandırma xidmətini də tamamilə bərpa edib. Müştəri plastik kartla hər hansı əməliyyatı həyata keçirən zaman yenidən dərhal SMS vasitəsilə tranzaksiyanın mənbəyi, məbləği və eləcə də, hesabdakı qalıq haqqında məlumat alacaq.
Bank Standard yaratdığı, müasir tələblərə cavab verən prosessinq mərkəzinə keçidlə bağlı bir müddət bəzi texniki problemlərlə qarşılaşmışdı. Artıq bank öz dəyərli müştərilərinə bu problemlərin əksəriyyətinin aradan qaldırıldığını bildirərək onlara gələcəkdə də yarana biləcək problemlərin qısa zaman ərzində həllinə təminat verir. Müştərilər hər hansı məsələ ilə bağlı istənilən an Bank Standard-ın 24 saat fəaliyyət göstərən 158 məlumat mərkəzinə, facebook səhifəsindəki Online Consultant və bankstandard.com saytındakı Online-Məsləhət xidmətinə müraciət edə bilərlər.
Bank Standard dəyərli müştərilərinə problemlər yaşanan müddətdə göstərdikləri səbr və anlayış üçün təşəkkür edir! Eyni zamanda bildirmək istəyir ki, prosessinq mərkəzi bazasında bir neçə yeni və unikal məhsul hazırlayaraq ilin sonunadək onları müştərilərə təqdim etməyi planlaşdırır.
Bank Standard – Mənim Bankım!