Azər Türk Bank sosial şəbəkələrdəki korporativ səhifələri vasitəsilə #bizimlebolush layihəsi davam etdirir.
Layihənin məqsədi - sosial şəbəkə istifadəçiləri ilə Bank arasındakı ünsiyyəti daha da asanlaşdırmaq, intensivləşdirməkdir, həmçinin müştərilər və bütün izləyicilər üçün qaranlıq qalan məqamlara aydınlıq gətirməkdir. Bununla yanaşı, Azər Türk Bank bu layihəsi vasitəsilə artıq bir neçə ildir ki, davam edən Azərbaycan Respublikasının Mərkəzi Bankı "Maliyyə Savadlılığı" layihəsinə dəstək olaraq müştərilərin bank və maliyyə sektoru ilə bağlı müxtəlif suallarını cavablandıracaq.
Layihəyə qoşulmaq üçün iştirakçılar #bizimlebolush həştaqından istifadə edərək sosial şəbəkələr vasitəsilə öz suallarını ünvanlaya bilər. Beləliklə, Azər Türk Bankın fəaliyyəti barədə arzu və təkliflərini bölüşə, Bank sahəsi üzrə istənilən növ suallarını ünvanlaya bilərlər. Bildirmək istərdik ki, iştirakçıların müraciəti qısa zaman ərzində Bankın peşəkar əməkdaşları tərəfindən cavablandırılır.
Xatırladaq ki, "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın rəsmi web-səhifəsindən (www.azerturkbank.az), sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.