“AtaBank” bədii gimnastika üzrə 30-cu Avropa çempionatında bank xidmətləri göstərdi | Banco.az

“AtaBank” bədii gimnastika üzrə 30-cu Avropa çempionatında bank xidmətləri göstərdi

2014-cü il iyunun 13-15-də  Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 30-cu Avropa çempionatında “AtaBank” ASC  səyyar bankomatı olan “AtaMatik” ilə bank xidməti göstərdi. 3 gün boyunca davam edən  çempionatda   “AtaMatik”    Milli  Gimnastika Arenasının  qarşısında dayanan  iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaratmışdır. “AtaMatik” səyyar  bankomatı  vasitəsilə  hər kəs bank kartı vasitəsilə nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bildi.

Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü – İcraçı direktor Elnur Osmanov bildirib ki,  “AtaHolding” ASC-nin baş  sponsoru  olduğu   Gimnastika  üzrə 30-cu Avropa  çempionatında iştirakçılara  bank xidməti göstərməkdən yalnız fəxr duyuruq.  

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.