ASB "Zolotaya Korona" sisteminə qoşuldu | Banco.az

ASB "Zolotaya Korona" sisteminə qoşuldu

Azərbaycan Sənaye Bankı "Zolotaya Korona" təcili pul köçürmələri sisteminə qoşulma prosesini başa çatdırmışdır. "Zolotaya Korona" təcili pul köçürmə sistemi vasitəsilə fiziki şəxslər əlverişli şərtlərlə  Azərbaycandan Rusiyaya 1% komissiya ilə, Abxaziya, Azərbaycan, Belarusiya, Gürcüstan, Qazaxıstan, Moldova, Tacikistan, Türkiyə, Özbəkistan və Ukraynaya isə -1,5% komissiyası ilə pul köçürmələri həyata keçirə biləcəklər. ASB-nin Bakı və regionlarda yaşayan müştəriləri Bankın şöbələrində pul köçürmələri həyata keçirə bilərlər. Bir çox üstünlüklərlə yanaşı, müştərilərin köçürülən məbləğ haqqında sms bildirişlərin  alınması kimi üstünlüklər də vardır. "Zolotaya Korona" təcili pul köçürmələri sisteminin əsas üstünlüyü geniş əhatəsi (MDB ölkələri, Gürcüstan), eləcə də sürətli və təhlükəsiz olmasıdır.

Ən sərfəli kredit üçün müraciət et