Arzularınızı Türkiyədə ALBALI PLUS-la reallaşdırın | Banco.az

Arzularınızı Türkiyədə ALBALI PLUS-la reallaşdırın

ALBALI PLUS kart sahiblərinə unudulmaz yay istirahəti! Büdcənizə qənaət etdirən və sərfəli alış-veriş imkanı verən bir kampaniyaya başladıq. Iyun ayının 16-dan avqustun 31-dək ALBALI PLUS kart sahibləri Türkiyədə 100 manat və daha yuxarı nağdsız alış-verişlər edib, dəyərini 3 ay müddətinə ödəyə biləcəklər. Bu da son deyil. ALBALI PLUS sahibləri Elite Travel, Victory Tour, Volcano Travel, Royal Travel, Travel House, İmprotex Travel, Atlant, Proxy Travel, Millennium Tourism və Globus Travel turizm şirkətlərinin xətti ilə Türkiyəyə səyahət edərlərsə, bu şirkətlərdən xüsusi endirimlər və hədiyyələrlə yanaşı, Unibankdan  əlavə 3 ay faizsiz taksit də qazanacaqlar.

Yay arzularınızı ALBALI PLUS-la Türkiyədə reallaşdırın!

ALBALI PLUS - MasterCard tipli beynəlxalq kartdır. Dünyanın istənilən ölkəsində və istənilən ticarət və xidmət mərkəzlərində, arzuladığınız məhsul və xidməti əldə edə bilərsiniz. Siz vəsaitinizi karta yükləyərək, istədiyiniz zaman istifadə edə bilər,üstəlik Unibank bankomatlarında vəsaitinizi komissiyasiz nağdlaşdira bilərsiniz. ALBALI PLUS sizə internet üzərindən sadə və təhlükəsiz alış-veriş imkanı yaradır.  Müştəri kartdan həmçinin digər bankların bankomatlarında, POS terminallarında da istifadə edə bilər.

Unibank müştərilərinin ehtiyac və arzularını  bir məhsulda-  ALBALI PLUS  kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS  beynəlxaq  kart olmaqla yanaşı , dörd  bank məhsulunu: çox-çox sərfəli taksit kartı, güzəşt müddətli kredit kartı, sərfəli depozit və debet kartlarını özündə birləşdirir.

ALBALI PLUS - çox-çox sərfəli TAKSİT KARTIDIR. Bu kartla siz 1.000-dən artıq ticarət və xidmət mərkəzlərində, onlayn ödəniş və alış-veriş saytlarında  istədiyiniz məhsul və xidməti sərfəli şərtlərlə alaraq, dəyərini hissə-hissə (12 ayadək) ödəyə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

ALBALI PLUS həm də güzəştli dövrü olan KREDİT KARTIDIR. Təcili pul lazım olduqda, siz sərfəli şərtlərlə 10 000 manatadək kredit xətti açdıra bilərsiniz. Hansı ölkədə olmasından asılı olmayaraq, müştəri Unibank-dakı kredit xəttindən istifadə edə bilər. Kartın və kredit xəttinin istifadə müddəti 60 aydır. Müştəri növbəti ayın 10-dək borcunu tam ödədiyi halda, istifadə edilmiş məbləğə faiz hesablanmır, nəticədə müştəri 40 günə qədər faizsiz güzəşt dövründən yararlanmaq imkanına sahib olur.

ALBALI PLUS çox sərfəli DEPOZİT KARTIDIR. Sizin karta qoyduğunuz depozit vəsaitinin hər günü üçün üzərinə faiz hesablanır. Cibinizdə saxladığınız pulu Albalı Plusa yatırın ki, vəsaitiniz hər gün bir qədər də artsın. Müştərinin Bankda olan kredit reytinqindən asılı olaraq, onun kartındakı öz vəsaitinə illik 6%-dək depozit faizi hesablanır.

ALBALI PLUS kartı olan müştəri Unibank-da özünə kredit tarixçəsi yaratmaq imkanı əldə etməklə gələcəkdə digər bank məhsullarından güzəştli istifadə edə biləcək.

18-70 yaş arası Azərbaycan vətəndaşları  ALBALI PLUS  kartının imkanlarından yararlana bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

ALBALI PLUS  - arzuları reallaşdıran kart.

Unibank – hər kəsin bankı.