Bu gün AccessBank «Şanslı Əmanət» lotereyasına start verib. Yanvarın 28-dən martın 31-dək Banka minimum 5.000 AZN məbləğində (və ya bu məbləğin ABŞ dolları ekvivalentində) əmanət yatıran bütün fiziki şəxslər, o cümlədən rezidentlər və qeyri-rezidentlər bu lotereyada iştirak etmək hüququnu qazanırlar.
Hər 5.000 AZN və ya onun ABŞ dolları ekvivalenti məbləğində yatırılan əmanət lotereyada iştirak etmək istəyən müştəriyə bir uduş şansı yaradır. Məsələn, 10.000 AZN məbləğində yatırılan əmanət müştəriyə iki, 15.000 AZN məbləğində əmanət isə üç uduş şansı yaradır. Uduş şanslarının sayına məhdudiyyət qoyulmur!
Lotereyanın uduş fondu aşağıdakılardan ibarətdir:
- 1 ədəd biznes-klass sinfinə aid Volkswagen Passat avtomobili;
- 2 ədəd 999 əyarlı, 100 qramlıq qızıl külçə;
- 7 ədəd Visa Gold plastik kartları + 500 AZN balans.
Lotereyanın uduş fondu 8 aprel 2014–cü il tarixində oynanılacaq.