Ümumi daxili məhsul (gross domestic product) – ölkədə rezident istehsalçı subyektlərin fəaliyyətinin bazar qiymətində son nəticəsidir. ÜDM üç yolla müəyyən olunur: sahə metoduna görə bura ölkədə iqtisadiyyatın bütün sahələrindən il ərzində istehsal edilmiş əlavə dəyərlərin həcmi daxil edilir; xərc metoduna görə bura il ərzində istehsal edilmiş məhsulların alınmasına sərf edilmiş bütün xərclərin həcmi nəzərdə tutulur; gəlir metoduna görə bura il ərzində ölkədə istehsal edilmiş məhsullardan əldə olunan gəlirlər daxil edilir