Tender (tender) – hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin seçilərək həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqədir. İstehsal, alqı- satqı, barter, lahiyələşdirmə, tikinti, təmir, bərpa, nəqliyyat daşımaları, faydalı qazıntı yataqlarının işlənməsi və yer təkindən istifadə, təbiətin mühafizəsi, xidmət göstərilməsi, icarə və digər məsələlərlə bağlı hər cür iş (xidmət) tender predmeti ola bilər.