Mərkəzi Bank tərəfindən qəbul edilən pul siyasəti qərarlarının iqtisadiyyata ötürülməsini prosesidir. Müasir dövrdə pul siyasətinin faiz dərəcələri, kreditlərin verilməsi, valyuta məzənnəsi, inflyasiya gözləntiləri kimi transmissiya kanalları mövcuddur. Pul siyasəti qərarları real iqtisadiyyata bu kanallar vasitəsilə dərhal deyil, müəyyən zaman intervalından (laqdan) sonra təsir göstərir.